Vakansiya: HESABLAŞMALAR ÜZRƏ MÜTƏXƏSSİS (MONİTORİNQ ŞÖBƏSİ)
Logistik şirkət.
Ünvan: Bakı
Müraciət üçün son tarix: 23 Fevral, 2020-ci il
Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (HESABLAŞMALAR ÜZRƏ MÜTƏXƏSSİS (MONİTORİNQ ŞÖBƏSİ)) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.
Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
1. Sənədlərin emalı, tariflərin hesablanıb yoxlanılması və qarşılıqlı hesablaşma aparılması;
2. Müştərilərlə aylıq üzləşmələrin, qarşılıqlı hesablaşmaların və yekun razılaşdırılmış hesabatların üzləşmə aktlarının bağlanması üçün Mühasibatlıq şöbəsinə göndərməsi;
3. Gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin nəzərdən keçirilməsi və Cəmiyyətin proqram təminatına daxil edilməsi;
4. Beynəlxalq daşınma xidmətlərinə görə daxil olan sənəd və hesabların yoxlanması, aidiyyatı üzrə müştərilərin aylıq daşınma hesabatlarına müvafiq əlavələr edilməsi;
5. Müəyyən olunmuş tərəfdaş ölkələrin tariflərini hesablaması və hesablanmış tariflərə uyğun olaraq üzləşmələrin aparılması;
6. Daşınan yüklərin qarşılıqlı hesablaşmasını aparmaq və lazım gəldikdə imtina məktublarını hazırlamaq;
7. Sərhəd keçid stansiyalarındakı əməkdaşlarla əlaqə saxlamaq və sistemə daxil edilən yanlış məlumatlara doğru şəkildə düzəliş edilməsini təqib etmək;
8. Aylıq və illik hesabatların son variantlarını şöbə rəisinə təqdim etmək;
9. Şöbəni fəaliyyəti ilə əlaqədar statistik məlumatlar hazırlamaq
NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:
Təhsil: Ali (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə);
Təcrübə: Logistika sahəsində minimum 3 illik iş təcrübəsi (Monitorinq və hesablaşmalar üzrə fəaliyyət göstərən əməkdaşlarına üstünlük verilir);
Ümumi fərdi keyfiyyətləri:
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dilləri mütləqdir;
Kompüter billikləri: MS Office (Word, Excel,Outlook, Power Point) proqramları üzrə biliklər;