Back end developer
İş barədə məlumat
• İşin avtomatlaşdırılması üçün yeni proqramlar yazmaq
• Yazılmış proqramların təhlükəsizliyinə cavabdehlik daşımaq
• Bütün strukturların müvafiq proqramlarla təmin edilməsində iştirak etmək
• Daxili hesabatlarının ötürülməsi üzrə proseslərin maksimum avtomatlaşdırılmasında yeni sifarişləri həyata keçirmək
• Yeni tətbiqi proqramlar və modulların alınması üzrə tenderlərin təşkilində iştirak etmək
• Yazılmış proqramların və məlumat bazalarının təhlükəsizliyini və icazəsiz istifadədən mühafizəsini təmin etmək, parol siyasətini yerinə yetirmək
• Müvafiq departament ilə birgə hər bir məhsul üzrə proqramların istifadə prosedurlarını hazırlamaq
• Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olaraq hesabat formalarını hazırlamaq
Namizədə tələblər
• Ali təhsil (Tətbiqi riyaziyyat, İnformatika və ya digər texniki ixtisaslar)
• Bu sahədə minimum 2 il iş təcrübəsi
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq
• Alqoritm qurma bacarığı
• Başqasının yazdığı kodu oxuma və onun üzərində dəyişiklər etmə bacarığı
• MS Office (Excel) ilə qabaqcıl istifadə bacarıqları
• C#, JavaScript proqramlaşdırma dilləri
• ORACLE SQL, MS SQL haqqında bilik və bacarıqlar
• SQL tununing üzrə təcribə
• Socket.IO, Express.js üzrə təcrübə
• PL/SQL və Transact SQL-də kod yazma bacarığı
• HTML5, CSS haqqında biliklər
• Bootstrap və digər HTML Frameworklərlə işləmə bacarığı
• C#-da Windows Forms proqramlarının yazılması
• ASP.NET Web Forms, ASP.NET MVC haqqında biliklər və bu platformalarda yeni proyektlərin tərtib edilməsi
• XML, JSON ilə işləmə bacarığı
• Yazılan proqram və sorğuların optimizasiyası üzrə təcrübə
• DevExpress komponentləri üzrə təcrübə və onlar vasitəsilə yeni proqramların yazılması bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət keyfiyyətlər
• Ünsiyyətqurma və komandada işləmə bacarığı
Müraciət etmək üçün CV formanızı mövzu hissəsinə “Back end developer” yazaraq [email protected] mail adresinə göndərə bilərsiniz.