Marketinq üzrə mütəxəssis / F&B sahəsi üzrə

İşin təsviri

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Tommy Hilfiger, Lacoste, Coccinelle, Bebe, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış geyim və aksesuar brendlərini Azərbaycanda təmsil edir.

Şirkət: NOVCO MMC
Vəzifə: Marketinq üzrə mütəxəssis / F&B sahəsi üzrə

Vəzifə öhdəlikləri

- Yeni və mövcud layihələr üzrə marketinq planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Bütün marketinq aktivliklərinin həyata keçirilməsi
- Yeni kafe və restoranların açılışının təşkil olunması
- Müxtəlif şirkətlərinin nümayəndələri ilə danışıqların aparılması
- Sosial şəbəkələrdə reklamların yerləşdirməsi

Tələblər

- Marketinq və F&B sahəsində iş təcrübəsi
- Kreativ
- Analitik düşüncəli
- Yaş 23-35

Əmək şəraiti:

- 8 saatlıq iş qrafiki
- Əmək haqqı 800 manat
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində “İctimai əlaqələr üzrə mütəxəssis ” yazaraq göndərə bilərlər.

site.company_rating