Şirniyyatçı - Aşpaz

  • Chocolate Lab
  • Elanın qoyulma tarixi: 16.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Şirniyyatçı - Aşpaz

Vəzifə öhdəlikləri:

• Restoranın menyusuna daxil olan məhsulları hazırlamaq (tərkibi veriləcək) və yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq.
• Şokoladlı müxtəlif desertlər hazırlamaq
• İtkilərin azaldılmasını və hazırlanma prosesi zamanı qida keyfiyyətlərinin saxlanılması qaydalarına riayət etmək.
• Hazırlanan məhsulun dadının yaxşılaşdırılmasına imkan verən dad və ətirli maddələrdən istifadə etmək.

Tələblər:

• Təhsil: orta
• Yaş həddi: 18-45
• Cinsi: Kişi və ya qadın
• İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq
• Dil bilikləri: Azərbaycan dili - əla (Əlavə dil biliyi üstünlükdür)
• Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
• Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əmək şəraiti:

• Əmək haqqı: 900-1200 azn (təcrübədən asılı olaraq dəyişə bilər)
• İş qrafiki - 11.00 - 23.00 (Həftədə bir dəfə istirahət)

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aşpaz – şirniyyatçı” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Chocolate Lab tərəfindən digər vakansiyalar