AFB Bank Filialların idarə edilməsi strukturuna menecer (Filiallarda xidmət keyfiyyətinə və effektivliyə nəzarət sahəsi üzrə) vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
• Bank sektorunda ən azı 3 il iş təcrübəsi;
• Müştəriyönümlü olmaq;
• Azərbaycan dilini mükəmməl bilmək (ingilis dilini bilən şəxslərə üstünlük verilir);
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
• Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
• İdarəetmə və liderlik qabiliyyətinə malik olmaq;
• Gərgin şəraitdə işləməyi bacarmaq;
• Analitik düşünmə qabiliyyətinə malik olmaq.
İŞİN TƏSVİRİ:
• Bankın filial və şöbələrində müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə və işin effektivliyinə nəzarət etmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Bankın filial və şöbələrində xidmət keyfiyyəti və işin effektivliyi ilə bağlı yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək.
• Filial və Şöbələrin xidmət keyfiyyətinin və işinin effektivliyinin lazımi (tələb olunana) səviyyədə təmin edilməsi üçün onlarla Bankın aidiyyəti strukturları arasında, eləcə də öz aralarında əlaqələndirməni təşkil etmək və bu əlaqələri tənzimləmək.
• Müştəri xidməti keyfiyyəti ilə bağlı prosedurları və qiymətləndirmə meyarlarını hazırlamaq, Rəhbərliyə təqdim etmək və işində tətbiq etmək;
• Xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq qrafiki hazırlamaq və Struktur direktoruna təqdim etmək;
• Təsdiq edilmiş monitorinq qrafiklərinə uyğun olaraq Bankın filial və şöbələrində yerində və məsafədən monitorinqlərin həyata keçirilməsini təmin etmək;
• Xidmət keyfiyyətinin və effektivliyin artırılması məqsədilə Bankın filial və şöbələrinin lazımi sayda və səviyyədə (bilik və təcrübə) işcilərlə təmin olunması, iş həcmi (yükü) ilə bağlı Struktur direktoruna təkliflər vermək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət edilən vəzifəyə uyğun olaraq “Filialların idarə edilməsi strukturunun meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.