Təlimçi

  • İmpuls KAN MMC
  • Elanın qoyulma tarixi: 11.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: İmpuls KAN MMC

Vəzifənin adı: Təlimçi
Əmək haqqı: Razılaşma yolu ilə

Namizədlərə olan əsas tələblər:

1. Idarəetmə sahəsində ali və ya orta ixtisas təhsili;
2. HR sahısində ən az 5 (beş) illik iş təcrübəsi, Əmək qanunvericiliyini və əmək məcəlləsini mükəmməl bilmək;
3. Təlimlərin təşkili, sənədləşdirilməsi və keçirilməsi barədə məlumatlı olmaq;
4. Səmimi, mehriban xasiyyətə malik olmaq; insanlarla tez ünsiyyət qurmaq, onları özünə tabe etdirməyi və arxasınca aparmağı bacarmaq; başqalarını dinləmək və müşahidə etmək; insan psixologiyasına bələd olmaq;
5. Pedaqoqluq qabiliyyəti və bacarıqlarına malik olmaq;
6. Əmək mədəniyyəti və iş etikası barədə məlumatlı olmaq;
7. Fərdi və komanda şəklində işləməyi bacarmaq;
8. Azərbaycan dilini mükəmməl bilmək;
9. Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Outlook, Word, Excel və Power Point)
Əsas vəzifə öhdəlikləri:
1. Təlimlərin sistemli və səmərəli şəkildə təşkil olunub keçirilməsi üçün insan resurslarının təlim ehtiyaclarını müəyyənləşdirmək;
2. Şirkətin rəhbərinin tapşırığına uyğun olaraq insan resurslarına dair təlim proqramlarını hazırlamaq və icra etmək;
3. İllik, yarım illik və rüblük təlim planını hazırlayaraq Şirkətin rəhbərinə təqdim etmək; təlim nəticələrini ölçmək (test, məsələ və s. üsullarla) və qiymətləndirmək; təlim nəticələri haqqında hesabat hazırlamaq, onları rəhbərinə təqdim etmək və dosyalamaq;
4. HR sahəsindı çalışan əməkdaşlarının bilik və praktik bacarıqlarının yüksək standartlara cavab verməsini təmin etmək məqsədilə təlim materialları hazırlamaq, onları daim yeniləmək;
5. Şirkətin müştərilərinə təlimlər keçmək, təlim nəticələrini yoxlamaq, qiymətləndirmək, onlarla bağlı hesabatlar hazırlamaq və dosyalamaq;

6. Bilavasitə təlim keçdiyi hər bir işçi barədə rəy yazmaq (elektron və ya yazılı) və onu dosyalamaq;
7. Təşkil olunan bütün təlim proqramlarının səmərəliliyini monitorinq etmək və qiymətləndirmək; təlim proqramlarının səmərəliliyinin artırılması üçün təkliflər irəli sürmək;

8. Keçirilən bütün təlimləri əlaqələndirmək, onların keyfiyyətlə təşkili və keçirilməsinə nail olmaq. Tələb olunan bütün inzibati (yazışma və s.) işlərini həyata keçirmək;

9. Təlimlərin təkmilləşdirilməsi üçün daim axtarışda olmaq və yenilikləri tətbiq etmək;
10. Təlimlərə cəlb olunan əməkdaşların təlimdən sonra praktiki təlimatlandırılması proqramını hazırlamaq və onun həyata keçirilməsinə birbaşa rəhbərlik etmək, həmçinin təlimləndirilən mütəxəssislərin aidiyyatı mütəxəssislər tərəfindən praktiki öyrədilməsi işinə nəzarət etmək;
11. Təlim siyasəti və prosedur qaydalarının dövrün tələblərinə cavab verməsi üçün daim nəzərdən keçirmək və dəyişiklərlə bağlı təkliflərini vermək;
12. Əməkdaşlar arasında qarşılıqlı hörmət, anlaşma, inam və əməkdaşlığa təkan verən yüksək etik qaydalar və mənəvi dəyərlər üzərində iş mühitinin formalaşmasına dəstək olmaq;
13. Şirkətin rəhbərinə hesabat hazırlamaq üçün zəruri məlumatları vaxtında və tələb olunan səviyyədə vermək;

CV-lərinizi azərbaycan və ya rus dillərində tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə (məsələn: Təlimçi), [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Yalnız kriteriyalara uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.

İmpuls KAN MMC tərəfindən digər vakansiyalar