Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Kiçik ve orta sahibkarlıqla məşğul olan korporativ müştərilərin ve fərdi sahibkarların nə istədikərini anlamaq
Mütəmadı olaraq yeni məhsul yaratmaq
Bazar araşdırması aparmaq
Layihələrin həlli və icrasının idarə olunması
Müştəri tələblərinə uyğun təkliflərin hazirlanması
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərin olması;
Yeni məhsulların yaradılamsı üçün təşəbbüskarlıq
Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 Dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Məhsul yaradılması və partnyorlarla iş şöbəsi üzrə” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az