Biznes və İT Analitik
Ümumi məlumat
Kapital Bank namizədləri İnformasiya sistemlərinin inkişafı departamentdə Biznes və İT Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxeminin hazırlanması;
• Bankın struktur bölmələrindən daxil olan müraciətlərin analitikasının aparılması;
• Texniki tapşırıqların yazılması;
• Bankın proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
• Layihələrdə biznes və ya İT analitik qismində iştirak etmək və s.
Tələblər
• Bank sektorunda iş təcrübəsi;
• Web-servislərlə iş təcrübəsi (basic səviyyədə);
• SQL ilə iş təcrübəsi (basic səviyyədə);
• Proqramlaşdırma dilləri ilə tanış olması (kodları oxuyub başa düşmək);
• Proses qurmaq bacarığı;
• Bank qanunvericiliyi barədə biliklər;
• Analitik düşünmə və yüksək analiz qabiliyyəti;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti;
• Biznes proseslərin təhlil olunması;
• Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
• Bank biznes proseslər sahəsində iş təcrübəsi;
• İT analitika istiqamətində biliklər;
• Layihələrdə iştirak.
CV-lərinizi, mövzu hissəsində “Biznes və İT Analitik” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.