Ammonyaklı soyutma sistemləri üzrə mütəxəssis

  • Atena Group CSC
  • Elanın qoyulma tarixi: 03.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Ammonyaklı soyutma sistemləri üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Müəssisənin avadanlıqlarının texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejimi və istismarı qaydalarına uyğun işi bilmək;
• Ammonyakı soyutma sistemləri üzrə təmir işlərini təşkil etmək;
• Avadanlıqları montaj etmək, nizamlamaq və sazlamaq;
• Avadanlıqların pasportlarının, istismarı üzrə təlimatları tərtib etmək;
• Avadanlıqların təmirə təhvil və təmirdən qəbulunda iştirak etmək;
• Yeni avadanlığın qəbulu və quraşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə işlərdə iştirak etmək;
• Yoxlamalar zamanı aşkarlanan nasazlıqların və problemlərin aradan qaldırılmaq;
• Soyutma sistemlərinin tam keyfiyyətlə işləməsini təmin etmək.

Namizədə tələblər:

• Ammonyaklı Soyutma sistemlərindən anlayışı olmalı
• Təmir işlərinin təşkili və texnologiyasını bilməli
• Məsuliyyətli, komandada və stressli vəziyyətdə işləmək bacarığı olmalı

Təhsil: Ali (müvafiq sahə üzrə)
Təcrübə: Sahə üzrə minimum 3 illik iş təcrübəsi
Cins: Kişi
İş yeri: Ağcabadi rayonu, Ağabəyli kəndi, Atena zavod
İş şərtləri: Şirkət tərəfindən nahar və koprorativ xətt ilə təmin edilir.
İş qrafiki: I-VI
Əmək haqqı: müsahibə əsasında

Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Atena Group CSC tərəfindən digər vakansiyalar