Marketinq dizayneri (Dizayn/Qrafika üzrə mütəxəssis)

İşin təsviri

Vakansiya: Marketinq dizayneri (Dizayn/Qrafika üzrə mütəxəssis)

Logistik şirkət.

Ünvan: Bakı şəhəri

Müraciət üçün son tarix: 29 Dekabr 2019-cu il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını Marketinq dizayneri (Dizayn/Qrafika üzrə mütəxəssis) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.

VƏZİFƏLƏRİ:

 Müxtəlif tipoqrafiya, kompozisiya, rəng və vizual vasitələrdən istifadə etməklə cəmiyyətin brendini təşviq edir
 Cəmiyyətin kataloqları, broşürləri, reklam kampaniyaları, sosial media (youtube, facebook, linkedin, twitter və s), posterlər, video prezentasiyalar, tədbirlər, bannerlər üçün konseptual kreativ dizayn işlərini həyata keçirir
 Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil edir;
 Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
 Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
 Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
 Tizer və banner şəbəkələri ilə iş aparır;
 Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
 Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

TƏLƏB OLUNANLAR:

 Marketinq və dizayner üzrə ali təhsil;
 Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsinə xüsusən digital marketinq sahəsində təcrübəyə malik olmaq;
 Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
 SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
 Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
 MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
 Yüksək analitik qabiliyyətə, kreativlik, qrafik dizayn, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
 Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.