Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departamentin adı : Proqram təminatı
Şöbənin adı : Data Mühəndislik şöbəsi
Vəzifənin adı : Böyük proqramçı (data mühəndis)
Vəzifə funksiyaları:
• DataWarehouse-un formalaşdırılmasında və OLAP (Online Analytical Processing) sistemin qurulmasında və idarə edilməsində iştirak edir;
• Məlumatların çıxarılması, transformasiyası və toplanılması prosedurunu həyata keçirir və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak edir;
• SQL sorğuların hazırlanmasını təmin edir;
• Daxili və xarici sistemlərdə məlumatların yoxlanılması və toplanılması ilə bağlı araşdırmaların aparılması və təkliflər hazırlanmasında iştirak edir;
• Statistik məlumatların toplanılması istiqamətində təkliflər hazırlayır və icrasında iştirak edir;
• Məlumat inteqrasiya prosedurlarının sadələşdirilməsi və digər informasiya ehtiyatları ilə inteqrasiya ilə bağlı təkliflər hazırlayır və inteqrasiyasında iştirak edir;
• Dövlət orqanlarının və daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməkliyi göstərir;
• Səlahiyyətləri çərçivəsində müxtəlif sorğu və rəyləri hazırlayır;
• Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsində iştirak edir;
• Strukturun və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər verir;
• Departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Təhsil və ixtisas tələbləri
• Texniki və texnoloji, tətbiqi riyaziyyat, iqtisadiyyat və idarəetmə ixtisas qrupları üzrə ali təhsili olanlara üstünlük verilir
Peşəkar bacarıqlara dair tələblər
• SQL / T-SQL
• Data Warehouse
• Verilənlər bazası (Ms. SQL Server / Oracle / PostgreSQL)
• ETL alətləri
• SSIS, SSAS, SSRS
• Ms. Excel
• R / Python
• Tableau / Power BI / Oracle BI
• Git version control
Xarici dil bilikləri
İngilis və rus dilləri üzrə biliklər:
• ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
İş təcrübəsi
• İş təcrübəsi ən azı 3 il
Son müraciət tarixi: 11 yanvar 2019-ci il
E - mail : [email protected]