Nəzarətçi

İşin təsviri

Əmək haqqı: 550-600 (Vergilər daxil)
Yaş həddi : 20-40
İş təcrübəsi: 1-3 il iş təcrübəsi
Dil bilikləri: İngilis və Rus dili bilikləri arzu olunandır.

İş vaxtı: 2 növbəli iş qrafiki Səhər: 08:00-20:00 və Gecə növbəsi: 20:00-08:00
Uniforma; Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir.

• Kamera Müşahidəsi aparmaq
• Parkinq yeri de daxil olmaqla, Qonaqların və Həmkarların ola bileceyi bütün yərləri nəzarətdə saxlamaq.
• Müəyyən edilmiş ərazilərdə nəzarət işləri aparmaq.
• Yanğın təhlükələrinə, təhlükəli iş yerlərinə və situasiyalara qarşı diqqətli olmaq.
• Fövqəladə Vəziyyətlər zamanı Cavab Planınlarına müvafiq şəkildə fəaliyyət göstərmək.
• Qonaqlarla yaxşı münasibətlər saxlamaq.
• Yeni növbə işə başlamazdan 15 dəqiqə əvvəl hesabat etmək.
• Gündəlik təlimatlandırmalarda iştirak etmək.
• Növbədə olan hər bir nəzarətçinin adını bilmək.
• İş qrafikinə və iş standartlarına riayət edildiyindən əmin olmaq üçün qeydiyyatları mütəmadi izləmək.
• Qeyri-adi situasiyalara qarşı diqqətli olmaq və onlara qarşı müvafiq təbdbirlər həyata keçirmək.
• Əmlakın, işçilərin və Mehmanxanasının rəhbərliyin qorunması və təhlükəsizliyinə görə məsul olmaq.
• Çalışdığı növbə ərzində və ya keçirdiyi baxış zamanı şahidi olduğu bütün hadisələr barədə etraflı hesabat hazırlamaq. Baş vermiş hadisələr/qəzalar/növbə sonu ilə bağlı bütün məlumatlar barədə hər növbə sonu bildirmək.
• Əlaqədar sənəd işləri ilə məşqul olmaq.
• Məruzə zamanı və ya təhvil-təslim zamanı nəzarətçilər bu barədə Nəzarət rəisinə və ya Baş nəzarətçiyə bu barədə xəbərdar ətməlidirlər.
• Məxsusi bir tapşırıq və ya iş üçün təlimatlandırıldıqları zaman nəzarətçilər vəzifə təlimatına müvafiq hərəkət edəcəklər.
• Mühafizeçilər digər əməkdaşlar/yad insanlar/media ilə şöbədaxili məsələləri müzakirə etməməli / bəyan etməməlidirler ki, bu da sonda Fəaliyyətin Proqresiv Koreksiyası və ya həmin əməkdaşın işdən azada edilməsi ilə nəticələnə bilər.
• Nəzarətçilər düşüncə qabiliyyətinə malik olmalı və səmərəli qərarlar qəbul etməlidirlər. Başlıca məqsəd, yaranmış situasiyanı mümkün qədər tez və keyfiyyətli şəkildə həll etməkdən ibarətdir. Yaranmış situasiyalar zamanı nəzakətli olmaq, diplomatik və peşakarçasına davranmaq və Sheraton Baku Airport Mehmanxanasının siyasət və təlimatlarına riayət etmək

E - mail : [email protected]