Aparıcı mühəndis-smetaçı (tikinti üzrə)
Əsas vəzifə və öhdəliklər:
• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
• Sahələrdən gələn texniki hesabatların yoxlanması;
• Layihə əsasında həcmlərin hesablanması ( ümumi inşaat );
• Dövlət layihələrində tətbiq olunan smetanın hesablama üsüllarının bilikləri;
• Dövlət standartlarına uyğun aylıq Forma-2 və Forma-3 sənədlərinin tərtibi ;
Tələblər:
• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi;
• Yaş həddi: 25-45 yaş
• Müvafiq qanunvericilik aktları və normalarını;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Komputer bilikləri: Microsoft Office və AutoCAD (Smeta+ , Microsoft Project bilənlərə üstünlük verilir) proqramları;
• İşə məhsuliyyətli yanaşmaq;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.
İş haqqında məlumat:
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki- 5 gün, lazım olsa şənbə günü-qısa gün
Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Smeta mühəndisi” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına
göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.