Keyyfiyyət üzrə Menecer
Vəzifə öhdəlikləri:
- Müəssisədə İSO 9001:2015 standartlarının tələblərinin tətbiq edilməsi, müvafiq olaraq lazımi sənədlərin (prosedur və təlimatlar) tərtib edilməsi, müəssisənin keyfiyyət sahəsində siyasətinin və illik hədəflərinin hazırlanması;
- İstehsalın müxtəlif mərhələlərində, işlərin (xidmətlərin), hazırlanan və istehsal olunan məhsulların, işlərin (xidmətlərin) xarakteristikası olan keyfiyyət göstəricilərini təhlil edilməsi;
- Keyfiyyətin idarə edilməsi sisteminin inkişafı, təkmilləşdirilməsi və tətbiqi, keyfiyyət göstəriciləri üçün standartların və onların uyğunluğunun monitorinqində iştirak edilməsi;
- Məhsulların istehsal prosesində, hazır məhsulların (xidmətlərin) test edilməsində və keyfiyyətlərini təsdiqləyən sənədlərin tərtib olunmasında mövcud keyfiyyətə nəzarət metodları və təlimatlarının işlənib hazırlanması;
- Şöbə və bölmələrdə (filiallar da daxil olmaqla) Keyfiyyət Menecment Sisteminin tələblərinin gözlənilməsinə nəzarət edilməsi;
- Şöbələrin fəaliyyəti zamanı meydana çıxan (və ya yarana biləcəyi ehtimal olunan) uyğunsuzluq hallarını təhlil edilməsi, aradan qaldırılması üçün zəruri olan düzəldici və önləyici tədbirlər hazırlanması, effektivliyini izlənməsi, nəticələrin dəyərləndirilməsi;
Digər məsuliyyətlər:
- İSO aktlarının reyestrinin mütəmadi monitorinqi, dəyişiklik və əlavələr üzrə yenilənmələrini həyata keçirlməsi;
- Şöbələr üzrə İSO statistikasının aylıq, rüblük, yarımillik və illik hesabatlarının hazırlanması;
- Şöbə tərəfindən aşkarlanan uyğunsuzluqların İSO sistemində aktlaşdırılması və reyestrə əlavə olunması prosedurunun icra olunması;
- Daxil olan İSO aktlarının araşdırılması və cavablandırılması;
- Əlaqəli şöbələrin məsul şəxslərindən təklifləri toplayaraq rəhbərlik qarşısında müzakirəyə çıxarmaq;
- Aidiyyatı struktur bölmələrinin işinə nəzarət etmək;
- Tabeliyində olan işçilərlə mütəmadi brifinq və təlimlər təşkil etmək, komanda işini təşkil etmək;
Təhsil:
- Keyfiyyətə nəzarət, İdarəetmə və Menecment sahəsində Ali təhsil;
- ISO 9001:2015 keyfiyyət idarəetmə standartı üzrə daxili auditor, CQM sertifikatları arzuolunandır;
- Rus dili, İngilis dili yaxşı səviyyədə;
- ERP, MS Power Point, və MS Excell proqramları üzrə yüksək bilik;
- Sahə üzrə iş təcrübəsi min. 5 il;
Bilik və bacarıqılar:
- Məhsul(xidmət) keyfiyyətinin idarə edilməsi üçün qərar, əmr, sərəncam, metodiki və tənzimləyici materialları;
- İstehsal (xidmət) qüsurlarının növləri, onun qarşısının alınması və aradan qaldırılması üsullarını;
- Texnoloji proseslər və istehsal rejimləri haqqında bilikləri;
- Məhsul və xidmət istehsalına dövlət nəzarəti və idarələrarası keyfiyyətə nəzarət sistemini bilməlidir;
Müraciət:
E - mail: [email protected] ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.