FF Group of Companies
Hüquqşunas
Vəzifə və öhdəliklər:
• Hüquqi məsləhətlər və rəylərin verilməsi;
• Müqavilələr və digər rəsmi sənədlərin hazırlanması və yoxlanılması;
• Hüquqi sənədlərin qeydiyyatının aparılması;
• Şirkətin fəaliyyəti ilə əlaqədar tələb olunan icazə, lisenziya və razılıqların alınması ilə bağlı hüquqi dəstək göstərilməsi;
• Məhkəmə və digər dövlət orqanlarına müvafiq sənədlərin hazırlanması, məktubların cavablandırılması;
• İşəgötürənin hüquqlarının məkhəmələrdə, hökümət orqanlarında və fiziki və hüquqi şəxslər qarşısında təmsil edilməsi.
Namizədə olan tələblər:
• Ali hüquqi təhsil;
• Hüquq sahəsində 1-3 il iş təcrübəsi;
• Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• AR Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsini bilməli;
• Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Şərtlər:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Şirkət daxili təlim və inkişaf imkanları
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “hüquqşunas” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.