Sistem Administratoru

  • GESCO ASC
  • Elanın qoyulma tarixi: 05.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SISTEM ADMINISTRATORU

VƏZİFƏNİN MƏQSƏDİ

Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək və bu istiqamətdə keyfiyyətli İT xidmətlərini yerinə yetirməkdən ibarətdir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
• Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
• Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
• Fayl serverin, verilənlər bazasının idarə olunması serverlərinin, update serverləinin, antivirus serverlərinin və onların proqram təminatının fasiləsiz işini təmin etmək;
• Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
• Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
• Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
• Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
• Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
• Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
• Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
• Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
• Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
• İnfrasturkturda ehtiyac olarsa, kənar şirkətlərin avadanlıq və proqram təminatnın quraşdırılmasında iştirak etmək və prosesə nəzarət etmək;

TƏLƏB OLUNAN BİLİK BACARIQ VƏ TƏCRÜBƏ

• Təhsil: Kompüter elmləri, maliyyə, iqtisadiyyat, və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi
• 1C proqram təminatı üzrə sadə biliklərə sahib olmalı
• Lisenziya/ Sertifikat: İT və İT administratoru üzrə sertifikatlara üstünlük verilir.
• Xarici dil: İngilis dili (əla)
• Kompüter bilikləri: Microsoft Office

 İş qrafikı: 6 gün 09.00- 18.00/ 6-cı gün 10.00-14.00
 İş yeri : Bakı şəh. Nərimanov ray. Z. Bünyadov pr. məh 1965
 Əmək haqqı razılıq əsasında

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 06.12.2019-cu il tarixinədək [email protected] electron ünvanına email-in mövzu hissəsində “Sistem Administratoru” yazaraq göndərmələri xahiş olunur.