1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Hal hazırda Sinteks şirkətinə 1C və ERP Proqramçı tələb olunur.
İşin məqsədi:
1C proqramm təminatına keçidi sürətləndirmək və həmçinin dəstək.
Vəzifə və öhdəliklər:
• Verilən tələblərə uyğun olaraq yeni proqramın yaradılması, təkmilləşdirilməsi və tətbiq edilməsi
• Yeni proqramın istifadəçilər tərəfindən verilən sorğulara əsasən yenilənməsi, təkmiləşdirilməsi və otimallaşdırılması
• Proqramın test edilməsi, baş verən səhvləri aradan qaldırılmas mükəmməl funksionallığını və optimallığını təmin etmək
• Şirkətin ERP sistemində lazımı yeniliklərin tətbiq edilməsi və texniki dəstək verən materialların hazırlanması
• 1C proqramının tərtibi və inkişafı
Namizədə olan tələblər:
İxtisas / Təhsil:
• Ali təhsill, İnformasiya texnologiyaları sahəsi arzuolunandır
Təcrübə:
• 1C proqramlaşdırma sahəsində 2-3 il iş təcrübəsi
Bilik:
Mütləq:
• MSSQL sorğular, 1C report qurma və 1C proqram sistemində dəyişikliklər etmə qabiliyyəti, Web Servis yazılışı biliyi
Arzu olunandır:
• C# və ya Java dillərin bilmək
İş qabiliyyəti:
• Azərbaycan dilini yüksək səviyyədə,Rus və İngilis dilləri arzuolunandır
• MS Office proqramları
• Komada daxilində işləmək bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Məntiqi düşünmə qabiliyyəti
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “1C və ERP Proqramçı” qeyd etmələri xahiş olunur.