İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti şöbəsinə Mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 29.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti şöbəsinə Mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Tələb olunan təmir-tikinti prosedurlarına maksimum dərəcədə riayət olunaraq işlərin icrası
• Rəhbər və işçilərin tələblərini dinləmək, müvafiq təmir işlərinin həyata keçirilməsini təşkil etmək,təcili olan məsələləri icra və koordinasiya etmək
• Xidmət müqavilələri üzrə danışıqların aparılması və bundan irəli gələn məsələlərin həlli istiqamətində işlərin görülməsi
• Smetaların hazırlanması və təhlili .
• Kommunal xidmətlərin təşkili üçün müvafiq idarə və təşkilatlarla iş birliyi və s.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
• Autocad proqramı və Office proqramları biliyi.
• Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! CV-lərinizi, mövzu hissəsində “Təmir-tikinti şöbəsinə Mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

site.company_rating