Struktur bölmə adı :Satış və Marketinq
Tutduğu vəzifə : Marketinq müdiri (FMCG sektor)
Vəzifələri:
1. Marketinq strategiyasını işləyib hazırlanması və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinin təmin edilməsi;
2. Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaların aparılması, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirilməsi;
3. Məhsul və xidmətin yaradılması və onun satış kanallarını müəyyən edilməsinin təşkil edilməsi;
4. Bazarda rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılması;
5. Satış prosesinin təşkilində köməkliyin göstərilməsi;
6. Yeni satış texnologiyalarının tətbiqi, və bu sahədə satış üzrə işçilərin hazırlanması;
7. Potensial müştəriləri şirkətin xidmətləri haqqında məlumatlandırması;
8. Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərinin reklamının təşkil edilməsi;
9. Motivasiya sisteminin qurulmasında köməkliyin göstərilməsi;
10. Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların verilməsi;
Təhsil/Təcrübə:
• Ali təhsil;
• Analoji sahədə 5 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;
İş yeri – Maştağa kəndi
E - mail : [email protected]
CV göndərərkən müraciət edilən vakansiyanın adının qeyd edilməsi mütləqdir. Vakansiyanın adı qeyd olunmayan CV-ə baxılmayacaq.