Vəzifə: Layihəçi mühəndis
Vəzifə funksiyaları:
• Mülki, sənaye və infrastruktur obyektlərinin, o cümlədən metallkonstruksiyaların layihələndirilməsi;
• Layihə üzrə iş həcmlərinin çıxarılması;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikintiquraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
• Tender sənədlərinin hazırlanması zamanı iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması;
• Forma 2lərin layihəyə uyğunluğunun müəyyənləşdirilməsi;
• Mal material sifarişinin iş həcmlərinə uyğunluğunun yoxlanılması;
• Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək;
• Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
• Əsas iş yeri ofisdə olmaqla lazım olduqda tikinti sahəsinə ezamiyyətlərə getmək;
Tələblər:
• İnşaat sahəsində Ali Təhsil;
• Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
• Ofis proqramları, AutoCad, 3dMax, SketchUp, Tekla, Robot Structural Analysis, SAP2000 və digər bu kimi cizgilər hazırlanması, hesabat və vizualizasiya proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcək;
Əmək haqqı: Namizədin iş təcrübəsindən, bilik səviyyəsindən asılıdır, 2000 manata qədərdir, müsahibə və qarşılıqlı razılaşma yolu ilə təyin olunur.
İş qrafiki:
Bazar ertəsi – Cümə: 9:0018:00
Şənbə: 10:0015:00
Göstərilən tələblərə uyğun namizədlər öz CVlərini mailin mövzu hissəsinə mütləq "Layihəçi mühəndis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.