AFB Bank Biznesin İnkişafı Strukturunun mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
• Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
• Mükəmməl Azərbaycan və Rus dili biliyi (ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir);
• Marketinqin əsas prinsiplərini bilmək;
• Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq;
İŞİN TƏSVİRİ:
• Rəqəmsal Marketinq üzrə kampaniyaların təşkil və idarə edilməsi;
• Bankın Sosial media hesablarının idarə edilməsi;
• Bankın Sosial media hesablarında müştərilərdən gələn sorğuların cavablandırılması;
• İstifadə olunan saytların effektivliyinin təhlili;
• Kütləvi informasiya ve reklam vasitələri ilə əlaqələrin yaradılması;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
• Şirkətin mövcud marketinq kampaniyalarının daim nəzarətdə saxlanması və gedişi ilə əlaqədar birbaşa rəhbərə hesabat yazaraq təqdim edilməsi;
• Rəhbərliyin digər tapşırıqlarının icrası və hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı strukturunun mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.