Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 06.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

Kapital Bank namizədləri İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;;
• Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;
• Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqi aparmaq;
• Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
• Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;
• Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;
• Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər

• Texniki sahədə ali təhsil və ya peşə təhsili;
• Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
• Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;
• Əla ünsiyyətqurma bacarığı;
• Komandada işləmək bacarığı.

CV-lərinizi, mövzu hissəsində “İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

site.company_rating