Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Məlumat bazasının layihələndirilməsində iştirak
• SQL, T-SQL dilində skriptlərin işlənib hazırlanması, test olunması və tətbiqi
• İşlənib hazırlanan həllərin sənədləşdirilməsi
• BI Publisher və Tibco Spotfire hesabatlılıq sistemlərində hesabatların hazırlanması və işləkliyinə nəzarət
• SQL üzrə sorğuların modifikasiyası, məlumat bazasının yeni imkanlarından istifadə üzrə tövsiyələrin verilməsi
• ETL-prosedurların, hesabatların işlənib hazırlanması üçün detallı şəkildə istiqamətlərin yazılması və razılaşdırılması
• Hesabatlarla bağlı problemlərin araşdırılması və həll edilməsi
• İstifadəçilərin məlumatlandırılması və məsləhətlərin verilməsi
• Məlumatların köçürülməsinə, tamlığına və hazırlanmasına nəzarət.
• Məlumatların təmizlənməsinə və keyfiyyətinə nəzarət.
• Məlumatın və arxitekturasının strukturlaşması, lazım olduğu təqdirdə dəyişdirilməsi
Tələblər
• Ali təhsil (tətbiqi riyaziyyat / komputer elmləri üzrə);
• Təcrübə: Ən azı 3 il
• SQL, T-SQL, Oracle, BI Publisher və Tibco Spotfire bilikləri
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
• Bank sahəsi üzrə biliklərin olması arzuolunandır;
• Azərbaycan və Rus dilləri üzrə mükəmməl, ingilis dili üzrə normal (sənədləri oxuyub başa düşəcək) səviyyədə biliklər;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.