Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Məlumatların sistemləşdirilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bankın strukturları ilə mütəmadi əməkdaşlıq etmək;
• Tələblərin təhlili və tələblərə uyğun yeni SQL sorğuların hazırlanması;
• Mövcud hesabatlarda istifadə olunan SQL sorğuların təkmilləşdirilməsi və optimallaşdırılması;
• Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsinin, proqramların sazlanmasına hazırlıq işlərinin və sazlanmanın həyata keçirilməsi.
• Mövcud sistemlərin optimallaşdırılması və dəstəklənməsi.
Tələblər:
• Ali təhsil (tətbiqi riyaziyyat / komputer elmləri üzrə);
• Oracle SQL, PL/SQL üzrə minimum 1 il iş təcrübəsi;
• SQL Tuning sahəsi üzrə biliklər;
• Özgə kodu anlama bacarığı;
• Bank sahəsi üzrə biliklərin olması arzuolunandır;
• Azərbaycan və Rus dilləri üzrə mükəmməl, ingilis dili üzrə normal (sənədləri oxuyub başa düşəcək) səviyyədə biliklər;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• TIBCO Spotfire haqqında biliklər arzu olunandır;
• Oracle Business Intelligence haqqında biliklər arzu olunandır;
• SAP Data Services Designer və Oracle Data Integrator haqqında biliklər arzu olunandır;
CV-lərinizi, mövzu hissəsində “Məlumatların sistemləşdirilməsi şöbəsinin mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.