PR menecer

  • Avrora
  • Elanın qoyulma tarixi: 25.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müəssisənin strategiyasının müəyyən olunması və həyata keçirilməsində iştirakı;
• PR standartlarının tərtibi və nəzarəti;
• Böyük tədbirlərin,hadisələrin təhlili və gələcək əməkdaşlıq üçün təşkilatçılar ilə operativ əlaqələrin qurulması;
• PR aksiyaların, tədbirlərin, press-konfransların və müsahibələrin hazırlanması;
• Şirkətin rəsmi internet səhifəsinin idarə edilməsi.

Namizədə qarşı tələblər:

• İctimai əlaqələr, jurnalistika və ya filologiya sahəsində təhsil;
• İş təcrübəsi: 3 ildən artıq;
• PR konsepsiyasının yaradılması təcrübəsi, müzakirə obyektinə çevriləcək hadisələrin təşkili, PR tədbirlərinin həyata keçirilməsi;
• Xoşagələn zahiri görünüş, yüksək səviyyədə kommunikasiya bacarıqı, məhdud zaman çərçivəsində əla nəticə göstərmək qabiliyyəti;
• press-relizlər, məqalələr və  ən fərqli reklam daşıyıcıları üçün reklam hazırlamaq səriştəsi;
• Dinamiklik, ünsiyyət bacarığı, komandada işləmə, kreativ düşüncə.

Şərtlər:

• Beş iş günü
• İş saatları 09:00-18:00;
• Nahar şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “PR Menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

site.company_rating