Operator

  • İnvestel Group
  • Elanın qoyulma tarixi: 24.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Abşeron rayonu,Məmmədli kəndində yeni fəaliyyətə başlayan polietilen istehsalı zavoduna operator axtarılır.

Vəzifə öhdəlikləri:

• Yüksək keyfiyyətli məhsul istehsalına, səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdehlik daşımaq
• İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, makinaların işinin tənzimlənməsini həyata keçirmək, mütamadi olaraq istehsal olunan malların dəzgahlarda keyfiyyət standartlarına uyğun istehsal olunmasına nəzarət etmək
• Gündəlik istehsal olunacaq sifarişlərin avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırmaq və istehsal proseini başlatmaq
• İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət və hansısa bir nasazlıq olduqda növbə rəisinə və ya sex rəisinə dərhal məlumat vermək
• Günlük İstehsalat prosesinin planını istehslat müdirindən qəbul etmək,
• İstehsalat zamanı dəzgahlarda yaranan texnoloji problemləri dərhal aydınlaşdırmaq, yaranan problemlərin operativ həll edilməsi üçün dərhal istehsal müdirinə və növbə rəisinə məlumat vermək
• İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək

Təhsil

• Texniki sahədə ali təhsil;( Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neft- mexanika" fakultəsinin əla qiymətlərələ məzun olmuş tələbələrinə üstülnlük verilir)
• İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stressə davamlı olmalı.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla təmin edilmə;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

İnvestel Group tərəfindən digər vakansiyalar