Baş Anbardar
Vəzifə öhdəlikləri:
- Anbarın işini idarə etmək, malların qəbulu, onların saxlanılması, buraxılması və uçotu
- Malların mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramından istifadə edərək onlayn məlumatları daxil etmək.
- Bütün malların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək
- Malların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
Tələblər:
- Rus və ingilis dilindən anlayışı olan
- Yaş arası-25- 40
- Tekstil sahəsində təcrübə 1 ildən yuxarı
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək
- İstirahət: Bazar günü
- Əmək haqqı-800 AZN
- Ünvan: Bakı şəh. , Bakı Logistika Mərkəzi
Bizim komandaya qoşulmaq istəyənlər elektron məktubunuzda “mövzu” sətrində vakansiyanı qeyd etməklə, CV-zi [email protected] elektron ünvanına göndərə bilər.
Son göndərilmə tarixi-Oktyabr ayın 25.