Mal –material üzrə mühasib
Əmək haqqı: 400
Yaş: Yaş məhdudiyyəti yoxdu
Təhsil: Ali
İş təcrübəsi: 1-3 il
Şirkət: Titan Group
Şəhər Bakı
Kateqoriya: Sənaye, istehsal
E-mail: [email protected]
İş barədə məlumat:
– Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək.
- Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric,yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna ,sistemə işlənildiyinə nəzarət edilməsi.
- Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq.
- Hesabat ayı bitdikdən sonra material anbarı ,hazır məhsul anbarı üzrə hesabatın və müvafiq təsdiq edici sənədlərin alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması .
- Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi.
- Sahəyə hər ay gedib malların qalıqlarına nəzarət edilməsi.
Tələblər:
- İqtisadiyyat və maliyyə sahəsində ali təhsil
- Kompüterdə sərbəst işləmək bacarığı
Uyğun namizədlərdən şəkilli CV-lərini email ünvanına göndərmək və mətn mövzu hissəsində (“Mal –material üzrə mühasib”) yazmaq xahiş olunur. Şəkilsiz CV nəzərə alınmayacaq.
İş barədə məlumat:
- İş yeri Binə, zavod
- İş qrafiki: 09:00-18:00 - I-V günlər.
- Nahar şirkət tərəfindən verilir.