Hüquqşünas

  • Barattson
  • Elanın qoyulma tarixi: 13.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson   “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri

• Müqavilələrin hazırlanması
• Hüquqi sənədlərin tərtib edilməsi
• Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq
• Hüquqi şəxşlərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək
• Şirkətlər Qrupunun maraqlarının məkhəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
• Şirkətlər Qrupunun daxil olan bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin etməli
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması

Əsas tələblər:  

• Ali hüquqi təhsil (yeni məzun olmuş gənc namizədlərə üstünlük verilir) 
• Azərbaycan Respublikasının qanunlarını, Mülki, Mülkü prosessual, Əmək qanunvericiliyi üzrə nəzəri biliklərin olması
• Dil bilikləri: Azərbayvan dili-səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
• Ofis proqramları (Word, Excel, Internet)
• Öyrənməyə və özünü inkişaf etdirməyə meyilli olmalı
• Təzyiq altında işləməyi bacarmalı

Əmək haqqı:  razılaşma yolu ilə. İş qrafiki: 6 günlük

Namizədlərdən CV formaların  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Hüquqşünas”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi:   14 iyul 2019-cu il.

site.company_rating