Norm Sement zavodu
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
- Satınalma və Logistika şöbəsinin fəaliyyətinin Vahid Idarəetmə Sistemi tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq işlərin həyata keçirilməsi
- Təchizatçıların ilkin və təkrar qiymətləndirilmə proseslərinin aparılması, müvafiq hesabatların tərtib edilməsi
- Quyu tamponaj sementinin istehsalı üçün tələb olunan APİ sertifikatının əldə edilməsi üçün Satınalma və Logistika şöbəsi tərəfindən tələb olunan məlumat və formaların hazırlanması, yoxlanılması və əlaqələndirilməsi
- Satınalma proseduru, Tender, ASR və Anbar təlimatlarının müntəzəm olaraq təhlil və təftiş edilərək yenilənməsi
- Kateqoriyanın İdarəolunması layihəsinə nəzarət və icra edilməsi
- Təchizatçılarla Münasibətlərin İdarəolunması (SRM) layihəsinin həyata keçirilməsi
- Satınalma üzrə tələb olunan hesabatların hazırlanması
Tələblər:
• İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi)
• Əlaqədar sahədə 3 il iş təcrübəsi
• Sərbəst ingilis dili biliyi
• MS office proqramlarından istifadə bacarığı
• CİPS sertifikatı arzuolunandır
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 18/06/2019