Quba Palace Hotel
Qəbul və qeydiyyat şöbəsinin nəzarətçisi (Supervisor)
Tələblər:
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar
- Təqdimat edə bilmə və inandırmaq bacarığı
- Sərbəst özünə güvənən
- Səlis danışıq
- Dillər: Azərbaycan, İngilis dili - sərbəst, Rus (arzuolunandır).
- Effektiv ünsiyyət qurma bacarığı
- Problemi həll etmək bacarığı
- Şirkət İdarəetmə bacarığı
- Analitik və yaradıcı düşünmə bacarığı
- İctimaiyyətlə əlaqələr bacarığı
- Professional araşdırma və – tədqiqat etmə bacarığı
Vəzifələr:
• Otelin rezervasiya bölməsində bütün rezervasiya işlərinin məsuliyyətini öhdəsinə götürməklə bölmənin işlərini ahəngdar və nizamlı şəkildə müəyyənləşdirilmiş prosedur və iş qaydalarına əsasən icra edir və bölmənin işçilərini istiqamətləndirir.
• Otelin siyasəti və işləri istiqamətində qonaqlara yüksək səviyyəli xidmət göstərmək
• Bütün otaq rezervasiyalarının alınması, baxılması və cavab verilməsini təmin etmək.
• Bütün rezervasiya qeydlərinin müvafiq standartlara uyğun elektron şəraitdə aparmaq.
• Rezervasiya ilə əlaqədar bütün hesabatların müvafiq standartlara uyğun hazırlanmaq və əlaqədar bölmələrə göndərilməsini təmin etmək.
• Kvota və forecast’ı izləyərək mümkün olan ən yüksək dərəcəli doluluq nisbətinə nail olunmasını təmin etmək.
• Qonaqların xüsusi tələblərini bir gün əvvəldən nəzərə alıb lazımi qeydləri apararaq otaq blokajlarının aradan qaldırılmasını təmin etmək. • Receptionla əlaqəli şəkildə işləmək.
• İnzibati və hüquqi sənədləri doldurmaq.
• Bütün rəsmi sənəd və yazışmaları nəzarətdə saxlayır və sistemli şəkildə qovluqlara yığıb, arxivləşdirir.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.