Qida Mühəndisi
Tələblər:
- “Qida Mühəndisliyi” sahəsində ali təhsil;
- Qida sektorunda 3 il iş təcrübəsi;
- İstehsalatda istehsal müddəti və etapları haqqında məlumatlı olmaq;
- Qida standartları, qida gigiyenası haqqında məlumat və təcrübəyə sahib olmaq;
- Müştəri, keyfiyyət və nəticə yönümlü iş nümayiş etdirmək;
- MS Office proramlarını sərbəst şəkildə bilməli, hesabat hazırlama qabiliyyətinə malik;
İş haqqında məlumat:
- Qida Təhlükəsizliyi idarə etmə siteminin sənədləşməsini yaratmaq;
- İstehsalatda qida istehsalı və təqdimatı ilə bağlı olan bütün işlərin sxemlərini hazırlayıb,təsdiqləmək;
- İstehsalatda baş verə biləcək təhlükələri müəyyənləşdirmək ;
- Məhsullar və prosseslər ilə bağlı limit və ölçüləri müəyyənləşdirmək;
- İstehsal və xidmət sahələrində müşahidə və yoxlama apararaq, aşkar edilən uyğunsuzluqlar barədə , “Uyğun Olmayan Məhsul” forumunu dolduraraq əlaqədar şəxsləri məlumatlandırmaq;
- Qida Təhlükəsizliyi İdarəetmə Sistemi daxilində olan uyğunsuzluqların səbəblərini araşdırmaq və həll yollarını təklif etmək;
- Qida Təhlükəsizliyi Sistemini daim yeniləmək;
- Qida Təhlükəsizliyi ilə əlaqədar təlimləri koordinasiya etmək, illik təlim planını hazırlamaq;
- Məhsulların geri çəkilməsi barəsində qərarları qəbul etmək və məhsulların geri çəkilməsi işlərinə rəhbərlik etmək;
- Qida Təhlükəsizliyi Sistemini hazırlamaq və təqdim etmək;
- Qida Təhlükəsizliyi mövzusunu müəssisəmizdə daim aktiv və nəzarətdə saxlamaq;
- Heyyətə lazımlı təlimləri vermək;
- Yeniliyə açıq, analitik düşünə bilən, cəld və həll yönümlü qərarlar verə bilən.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Qida Mühəndisi” qeyd olunmalıdır) göndərə bilərlər.