Satınalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
Şirkətin Satınalma Prosedurlarına, təlimatlarına vəs digər əlaqəli qaydalara riayət olunması.
Sənəd dövriyyəsinin düzgün və operativ təşkili
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
Təklifləri dəyərləndirmək və satın alınma qərarını prosedura uyğun olaraq müvafiq şöbələrlə və əməkdaşlarla razılaşdırmaq,
Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq,
Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək.
Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanması,
Görülən işlərin təhvil təslim aktının hazırlanması,
Tələb olunan malların/xidmətlərin alışının 1C proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək
Alışların ümumi məlumatlar bazasına işlənməsi,
Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti,
Satınalma üzrə baş mütəxəssisin tapşırıqlarını vaxtlı-vaxtında və keyfiyyətli şəkildə icrasının təmini
ümumilikdə şirkət daxili və xarici münasibətlərdə biznes etika və davranış qaydalarının qorunması, subordinasiyanın saxlanılmasıın təmin edilməsi
Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Seçilən tədarükçü ilə müqavilənin operativ hazırlanması və müvafiq sənəd dövriyyəsinin operativ təşkili
Son istifadəçi(lər) (End User) tərəfindən daxil olan tələbnamələrin incələnməsi və optimallaşdırmanın aparılması və satınalma qaydalarına uyğun olaraq tələb olunan vaxt çərçivəsində icrasının təmin olunması (kənarlaşma hallarında tələbnamə təqdim edən əməkdaşa və şirkət rəhbərliyinə əsaslı səbəblərin bildirilməsi və mümkün optimallaşma yolları ilə bağlı təkliflərin verilməsi)
Tələb olunan təhsil və biliklər:
Müvafiq və ya yaxın ixtisaslar üzrə ali təhsil
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Səlis ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)
Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – yaxşı, İngilis dili – yaxşı
MS Office proqramları ilə işləmək bacarığı
Stress altında işləmək bacarığı
Müstəqil qərar vermək bacarığı
Satınalmalar üzrə mütəxəssis vəzifəsində ən az 2 il təcrübə
Səlis ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)(rəsmi qurumlarla yazışmaları sərbəst şəkildə həyata keçirilməsi).
Kənt təsərrüfatı satınalmasında təcrübə xoş qarşılanır.
1 C 8 versiyalarinda və MS Office proqramları ilə işləmək bacarığı - yaxşı
Müstəqil qərar vermək bacarığı
Şirkət barədə məlumat
- Şirkət Qala qəsəbəsində yerləşir
- İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir
- Nahar Şirkət tərəfindən verilir.
- Əmək haqqı razılaşma yolu ilə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.