Müştəri xidmətləri şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 23.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Müştəri xidmətləri şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  28 aprel 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Fərdi və korporativ müştəriləri ilə müqavilələrin/əlavələrin/hesab fakturaların hazırlanması və yenilənməsini təmin etmək;
2. Daxil olan ərizələri yoxlamaq və sistemə daxil etmək;
3. Şöbənin ümumi fəaliyyətinin dəstəklənməsi məqsədilə köməkçi funksiyaları yerinə yetirmək;
4. Müştərilər tərəfindən daxil olmuş sığorta xidməti ilə əlaqəli sorğulara operativ cavab verilməsini təmin etmək;
5. Satışdan sonra xidmətin həyata keçirilməsini təmin etmək;
6. Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : Ali-istənilən ixtisas üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir; İngilis dili arzuolunandır.
Kompüter bilikləri : MS Office; (xüsusilə MS Excel-i yaxşı səviyyədə bilməlidir);
Üstünlüklər: Sığorta sahəsində təcrübənin olması üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, ünsiyyət qurma, münasibət yaratma

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Müştəri xidmətləri şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

site.company_rating