Departament: Maliyyə
Vəzifə: Kassir
Web: www.winterparkhotebaku.com
Tələblər:
• Ali təhsil
• Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır
• Azərbaycan, İngilis və Rus dillərini bilməsi arzu olunandır
• Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli
• Microsoft Office programları üzrə biliklərə malik olmalı
• İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır
Əsas vəzifələr:
• Otelə gələn qonaqlar tərəfindən ödənilən pul vəsaitlərini qəbul edir
• Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir
• Gündəlik ödənişləri əks etdirən sənədləri tərtib edir
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir
• Yaranan problemlərlə bağlı departament direktoruna müraciət edir
• Departament direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “kassir” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.