Taxtabəndçi

  • Atlas ES
  • Elanın qoyulma tarixi: 03.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Taxtabəndçi ( Scaffolder)

Tələblər:

• Tikinti sahəsində taxtabənd quraşdırıcısı olaraq iş təcrübəsi olmalı;
• Fiziki olaraq tam sağlam olmalı və ağır fiziki iş görməyə hazır olmalı;
• Hündürlükdə işləməyi bacarmalı;
• Daha əvvəl qapalı sahələrdə işləmək təcrübəsi olmalı;
• Taxtabənd quraşdırılması,dəyişdirilməsi, sökülməsi haqqında bilikləri olmalı;
• Sahə üzrə istifadə olunan bərkitmə vasitələrini və terminologiyanı bilməli;
• İş yeri və tikinti sahəsində təhlükəsizlik qaydaları ilə bağlı bilikləri olmalı.
• Hündürlükdə iş (Working at Height), BOSİET STCW (dəniz sertifikatı) və taxtabənd quraşdırılmasına( scaffold certificate) aid sertifikatı olanlara üstünlük veriləcək

Vəzifələr:

• Metal konstruksiyaların tikintidə verilən çertyoj üzrə taxtabəndlərin quraşdırılması;
• Quraşdırılmış taxtabəndlərin sökülməsi və yerinin dəyişdirilməsi;
• Sahə üzrə istifadə olunan materialların təhlükəsiz qaydada saxlanılması;
• İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların vaxtında və şirkətin təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi.

İş şəraiti:

- Əmək haqqı razılaşma yolu ilədir və namizədin iş təcrübəsindən asılıdır.

İş rejimi

- İş saat 08:00 başlayır, 17:00 qurtarır
- 12:00 - 13:00 nahar, istirahət: bazar günü
- İşçi ARƏM uyğun olaraq qeydiyyata alınır

Müraciət üçün CV-i [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.Vakansiyaya aid olmayan CV-lər  baxılmayaçaq