DA şirkətlər qrupu "texniki xidməti işləri üzrə mütəxəssis" vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Təhlükəsizlik və yanğınsöndürmə sistemlərinin işlək vəziyyətinin yoxlanması, tənzimlənməsi və nəticələr haqda birbaşa rəhbərə hesabat
- İnzibati binanin və həyətyanı sahənin ümumi vəzəyyətini daim nəzarətdə saxlanması, elektrik sistemində nasazlıqlar, çatışmazlıqlar haqda birbaşa rəhbərə məruzə edilməsi, problemləri aradan götürmək üçün şöbənin əməkdaşlarının cəlb edilməsi
- Santexnika işləri, su təsərrüfatının tənzimlənməsi, xətlərin ümumi vəziyyətinə və suyun təmizliyinə nəzarət
- Binaların və həyətyanı sahənin texniki vəziyyətinin monitorinqi (liftlərin işləməsi, işıqlandırma, havalandırma, qazanxananın, sanitar qovşaqlarının, yeməkxananın, əsas və qəza çıxışlarının vəziyyəti)
- Mebellərin təmir olunması, quraşdırılması, yerdəyişməsi. Qapı və pəncərələrdə başverən nasazlıqların aradan qaldırılmasının təşkili
- Təmirə ehtiyacı olan avadanlığın müəyyənləşdirilməsi və təmirin təşkili
Tələb olunan bacarıqlar:
- Təhsil: Orta texniki
- Mebel, santexnika, mühəndis işlərində bilik və bacarıqlarının olması
İş şəraiti:
- Əmək haqqı: 600-800AZN
- İş qrafiki 10.00-19.00
Müraciət edən namizədlərdən CV-ni [email protected] e-mailına göndərmələri xahiş olunur.