Marketing account manager

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 10.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Marketing account manager” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

- Təsdiq edilmiş strategiya əsasında marketing kampaniyalarının hazırlanması
- Kampaniya ilə əlaqədar tərəfdaşlarla görüşlər keçirib uyğun təklif üzərindən kampaniyanın icra edilməsi
- Şirkətin PR materiallarının və CopyWriting işlərinin hazırlanması eyni zamanda Rəsmi sayt kontentinin və paylaşımlarının hazırlanması
- Korporativ şöbə və dizaynerlər və influencerlərlə əməkdaşlıq üzrə işlərdən məsul
- Tədbir təkliflərinin hazrılanması, planlaması və icrası.
-  Məsul olduğu öhdəliklərlə əlaqədar yeni ideya və təkliflərin verilməsi

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- İş saatı: 10:00-19:00

Tələblər:

- Əla səviyyədə Azərbaycan və rus dili bilikləri
- "Copywriting" qabiliyyəti (Azərbaycan və rus dillərində)
- Bakalavr dərəcəsi mütləqdir
- Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Komandada işləmək qabiliyyəti

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketing account manager” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.