Vəzifənin adı : Reception
Vəzifə öhdəlikləri:
• Qonaqların və digər şəxslərin qarşılanması;
• Qonaqlara lazım olan ilkin məlumatın verilməsi;
• Onların lazımı şəxsə istiqamətləndirilməsi;
• Qəbul qaydalarına müvafiq olaraq, şirkət və müştəri münasibətlərinin müsbət inkişafının təmin edilməsi;
• Buraxılış sənədlərində qeydiyyatın aparılması;
• Şirkətə ünvanlanmış məktub və digər sənədlərin qəbul edilməsi, yaxud aidiyyatı struktur vahidlərinə verilməsinin təşkili;
• Şirkətə ünvanlanmış telefon zənglərinə cavab verilməsi;
Təhsil/Təcrübə:
• Müştəri Xidmətləri və ya Məlumat mərkəzində ən az 2 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı və analitik düşünmə bacarığı olmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Reception” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.