Mühasib-analitik

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 17.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətlər qrupunun fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün (“Collezione Italia”) “Mühasib-analitik” vakansiyası elan olunur.

Vəzifə öhdəlikləri:

- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
- Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
- İnventarizasiya təcrübəsinin olması( anbar,əsas vəzait, mal-material);
- Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.

Vəzifə ilə bağlı tələblər:

- Ali iqtisadi təhsil;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli  (mükəmməl Excel bilikləri) ;
- 1C 8  proqramı ilə işləmək bacarığı;
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Mebel sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək.
- Maliyyə və mühasibatlıq sahəsi üzrə analitik təhlil qabiliyyətinin olması;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

Əlavə məlumat:

- İş günləri: həftədə 6 gün
- İş saatı: 10:00-19:00
- Yaş həddi: 26 - 35
- Cinsi: Kişi
- Əməkhaqqı: 900-1000

 Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib-analitik” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.