Risklərin İdarə Edilməsi Departamenti, Təhlil Şöbəsi, Mütəxəssis, Aparıcı / Baş mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Təhlil Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Anderraytinq və kollekşn modellərinin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsində iştirak etmək;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
• İFRS standartlarına və MBNP tələblərinə uyğun olaraq ehtiyatların hesablanmasında iştirak etmək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

Tələblər

• Maliyyə, kompyuter elmləri, tətbiqi riyaziyyat və ya iqtisadi sahədə ali təhsilli;
• Statistika və proqramlaşdırma üzrə biliklər, SQL üzrə praktiki biliklər arzuolunandır;
• Yüksək səviyyədə MS Excel biliklərinin olması tələb olunur;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Komanda tərkibində işləmə qabliyyəti;
• Vaxtdan səmərəli istifadə qabiliyyəti;
• Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
• Bank sahəsində ən azı 1 illik iş təcrübəsi tələb olunur.

CV-lərinizi, mövzu hissəsində “Təhlil şöbəsi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

site.company_rating