Kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Texnikaların sahələrdə işlərinin planlı və fasiləsiz istismarının təmin edilməsi və koordinasiyası
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinə və vəziyyətinə texniki nəzarətin təşkil olunması
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması
- İstismar, təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin olunması
- Podratçıların texnikalarının işinə nəzarət və koordinasiyası və müvafiq sənədləşmənin düzgün və vaxtında aparmaq
- Texnikaların təmiri, istismarı, yanacaq sərfiyyatı vəs üzrə sənəd dövriyyəsinin, hesabatlığın düzgün və vaxtında təmin edilməsi
Tələb olunan təhsil və biliklər:
- Kompüter bilikləri: MS Ofice, Outlook;
- Kənd təsərrüfatı sahəsində və aqrotexniki tədbirlər üzrə sahə təcrübəsinin olması
- Texnikalarla bağlı haqqında nəzəri və praktiki biliklərin olması
- Komandada işləmə bacarığı
- Minimum 2 il sahə təcrübəsi
- Kənd təsərrüfatı istiqamətində peşə və ya ali təhsilli
Şirkət barədə məlumat
- Şirkət Qala qəsəbəsində yerləşir
- İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir
- Nahar Şirkət tərəfindən verilir.
- Əmək haqqı razılaşma yolu ilə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.