Vəzifə adı: Sistem inzibatçısı
İş şəraiti:
1. Ofis daxili.
2. Nahar şirkət tərəfindən verilir.
3. Əmək haqqı : Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4. İş rejimi: Həftənin 5 günü, 6-cı gün natamam növbəli iş günü.
Namizədə qoyulan tələblər:
• Ali təhsil
• Yüksək məntiqi-anaitik düşünmə bacarığı
• Sistem inzibatçılığı sahəsində 2 ildən çox iş təcrübəsi
• UNIX/LİNUX və Windows əməliyyat sistemlərinin(server) inzibatçılığı
• Virtuallaşdırma(Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübəsi
• TCP/IP protokollarının və şəbəkələrin fəaliyyət prinsiplərini bilmək, şəbəkə avadanlığının sazlanması üzrə təcrübə
• Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v)
• Server, Storage və şəbəkə avadanlıqları(switch,router,firewall) ilə iş təcrübəsi
• Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarığı
• Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
• Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübəsi
• İşlərin təşkili, planlanması, qeydtiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarığı
• Komanda şəklində işləmə bacarığı
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması )
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarağı və yeniliyə həvəsli olmağı
Vəzifə öhdəlikləri:
• İT sistemlərinə daimi olaraq dəstək vermək və monitorinqinin aparılması
• Problemlərin aşkarlanması , analiz olunaraq problemlərin aradan qaldırılması
• Dəyişikliklər, proflaktik işlər və problemlərlə bağlı lazımi bütün işçı qruplarının məlumatlandırılması
• Mövcud servislərin dəyanaqlılığını və təhlükəsizliyini təmin etmək
• Əməliyyat sistemlərinin və konfiqurasiya fayıllarının mütəmadi ehtiyat nüsxəsinin alınması
• Bütün dəyişikliklərin sənədləşdirilməsi
• Xüsusi sistem icazələrinin verilməsi və qeydiyyatının aparılması
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] email ünvanına göndərəsiniz. Göndərilən CV lərdə mövzu adı yerində “sysadmin“ yazılmalıdır.