1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Qrup dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Hal hazırda Sinteks - ə Şirkətin İnfrastrukturunun idarəedilməsi üzrə Administrator tələb olunur.
Vəzifə öhdəlikləri:
• Tapşırılan işləri vaxtı-vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə həll edilməsi
• Azərsu, Azərişıq və Azərqaz-ın xərclərinin qeydiyyatı və ödənişlərin aparılması
• Mühafizə, lift, eskalator, kondisioner sistemləri və asan imza xərclərinin nəzarəti və ödənişləri
• Mağazaların polis və çöl xadimə pulunun hesablanması və ödənişi
• Mağazalara aid olan servis və xidmət xərclərinin ödənişinə nəzarəto
• Plaza və molların icarə haqqının ödənişlərinə nəzarəti
• Qaraj, taksi və mənzil-komunal xərclərinin hesablanması və ödənişləri
• Aylıq nəğdsiz ödənişlərə dair sənədlərin hazırlanaraq maliyyə söbəsinə təqdim olunması
• Xadimə və nəzarətçilərin işə qəbul prossesində seçimə köməklik göstərilməsi, işdən çıxış, iş yerinin dəyişməsi, məzuniyyət proseslərinin idarə olunması və məlumatların İR departamentinə verilməsi
• Hər yaranmış ciddi problemlər haqqında rəhbərliyə məlumat veriməsi
• Kəşf etdiyi və ya işin effektliyini qaldıran ideyaların və təşəbüslərin irəli sürülməsi
• Şirkətin daxili nizam-intizam, etik, subardinasiya qaydalarına riayət edilməsi
• Şirkətin məxfilik qaydalarına riayət edilməsi
• Əmək mühafizə və Texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
• İş prosesində AR müvafiq Konstitusiya və Əmək məcəllənin qanun-qaydalarına riayət edilməsi
• Dispetçer funksiyasını yerinə yetirilməsi
Namizədə qoyulan tələblər:
• Ali Təhsil
• Müvafiq sertifikatlar (bu sahədə olması üstünlükdür)
• Qeyd olunan işlərin aparılmasında və ya oxşar sahədə təsdiq olunmuş təcrübə
• Microsoft Office proqramları (Word, Excel, Outlook)
• Əsas maliyyə və hesabatlılıq bilikləri
• Yazılı və şifahi ünsiyyət bacarıqları
• Stressə dözümlü
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şirkətin İnfrastrukturunun idarəedilməsi üzrə Administrator” qeyd etmələri xahiş olunur.