Vəzifə: Tikinti işləri üzrə mühəndis
Vəzifə funksiyaları:
• Layihələrə uyğun Tikintinin təşkili və yerinə yetirilməsi texnologiyasının hazırlanması (İnfrastruktur layihələri);
• Sahədə işlərin yerinə yetirilmə planının hazırlanması, tətbiqi və nəzarəti (gündəlik, həftəlik və aylıq);
• Aylıq irəliləyiş (progress) hesabatlarının hazırlanması;
• İşlərin reqlamentinin hazırlanması;
• Əsas iş yeri ofisdə olmaqla lazım olduqda tikinti sahəsinə ezamiyyətlərə getmək;
Tələblər:
• İnşaat sahəsində Ali Təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir;
• Ofis proqramlarını və planlaşırma üzrə hərhansı bir proqramdan (Primavera, MS Project vs) yüksək səviyyədə istifadə etmək bacarığı;
• Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
• Müvafiq sahə üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcəkdir;
Əmək haqqı: 1200-1500 AZN
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə: 10:00-16:00
İş yeri Xırdalan dairəsində yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Tikinti işləri üzrə mühəndis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.