Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı Korporativ Satışlara Dəstək Departamentinin Biznesə Dəstək Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Xarici valyuta köçürmələrinin sənədlərinin yoxlanılması;
• Yük Gömrük Bəyannamələrinin təqdim olunmasına nəzarət etmək;
• Əməliyyatların operativ icra olunmasına dəstək göstərmək;
• Xarici valyuta köçürmələri üzrə yaranan sorğuların cavablandırılması və kommunikasiyasını həyata keçirmək;
• Şöbənin funksiyalarından asılı olaraq birbaşa rəhbərin cari işlərlə bağlı digər tapşırıqlarının icra edilməsi.
Tələblər:
• Ali təhsil;
• Xarici valyuta köçürmələrinə dair təlimat və qanunlar üzrə biliklər;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Bankda korporativ müştərilərlə iş üzrə təcrübə - ən azı 1 illik iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dil bilikləri;
• MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmə bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Korporativ Satışlara Dəstək” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.