Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı Nağdsız ödənişlərin keçirilməsinə nəzarət üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Nağdsız ödənişlərin keçirilməsinə nəzarət
• Nağdsız köçürmə sənədlərinin müvafiq qanun və təlimatlara uyğun yoxlanılması,
• Nağdsız köçürmələr üzrə yaranan sorğuların cavablandırılması və kommunikasiyası;
• Rəhbərinin cari işlərlə bağlı digər tapşırıqlarının icra edilməsi;
Tələblər:
• Ali təhsil
• Bankda korporativ müştərilərlə iş üzrə təcrübə - minimum 1 il;
• Nağdsız hesablaşmalara dair qanun və təlimatlar üzrə biliklər;
• Azərbaycan, Rus və İngilis dil bilikləri
• MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmə bacarığı;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində işləmə qabiliyyəti;
CV-lərinizi, mövzu hissəsində “Nağdsız ödənişlərin keçirilməsinə nəzarət üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.