Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Accessorize, Coccinelle, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini təmsil edir.
Şirkət: NOVCO MMC
Vəzifə: Hüquqşünas
Vəzifə öhdəlikləri
- Müəssisənin dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisənin adından məhkəmədə nümayəndə kimi iştirak edilməsi, iddia ərizələrinin və digər prosessual işlərin yerinə yetirilməsi;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə hüqiqu rəy verilməsi və s.
Namizədə tələblər:
- Ali hüquqi təhsili;
- Ən az 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl biliklər;
- Kompüter proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan, ingilis dillərini bilməli
İş qrafiki
I-V günlər, saat 9:0-dan 18:00-dək
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Hüquqşünas” yazaraq göndərə bilərlər.