Korporativ Hüquq şöbəsinin Hüquqşünası
Ümumi məlumat
Kapital Bank namizədləri Hüquq Departamentinin Korporativ Hüquq şöbəsinin Hüquqşünası vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankdaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
• Müqavilə, məktub və digər sənədlərin hazırlanması;
• Müxtəlif bank məhsullarına dair hüquqi dəstəyin göstərilməsi, yerli və xarici qanunvericiliyin araşdırılması;
• Hüquqi rəylərin verilməsi;
• Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
• Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
• Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
Tələblər
• Ali hüquqi təhsil;
• Bank təcrübəsi üstünlük təşkil edir;
• Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi;
• Mülki, əmək, vergi, bank qanunvericiliyi üzrə biliklər;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
• Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
• Komanda tərkibində işləmək bacarığı;
CV-lərinizi, mövzu hissəsində “Korporativ Hüquq şöbəsinin Hüquqşünası” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.