Bank Məhsulları Departamentində Kart məhsullar üzrə mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Bank Məhsulları Departamentində Kart məhsulları üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Kart məhsullarının xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək
• Mövcud və yeni kart məhsullarının filiallara təqdim edilməsi üçün təlim materialların, broşurların, təlimatların hazırlanması
• Kart məhsulları üzrə innovativ xidmətlərin yaradılması
• Kart məhsullarının xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə filiallarla daimi əlaqədə olmaq
• Mövcud kart məhsullarının inkişafını təmin etmək və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması
• Ödəniş sistemləri (Visa və ya MasterCard) ilə yazışmalar aparmaq və görüşlərdə iştirak etmək
• Kart məhsulları sahəsində biliklərin daimi inkişafı
Tələblər
• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil
• Yüksək ünsiyyətqurma bacarıqları
• Kart məhsulların və xidmətləri barədə ətraflı biliklərə malik olmaq
• İnnovativlik
• Kart məhsulların və xidmətləri barədə qanunvericiliyi bilmək
• Analitik düşünmə və riyazı təhlil qabiliyyəti
• Maliyyə uçotu üzrə biliklər arzuolunandır
• Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, Rus dili - arzuolunandır
CV-lərinizi, mövzu hissəsində “Bank Məhsulları Departamentində Kart məhsulları üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.